2e46ba34-84fd-4f60-abc7-4b4e7826ec7c..jpg

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazandı – FOTO

Baxış sayı: 2. 767 dəfə baxılıb.

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazandı – FOTO

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The
Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi
olub.

Azərbaycan Şahmat Federasiyasından Cixisyolu.com-a verilən məlumata görə, 11 turdan
sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə
qızıl medala layiq görülüb.

Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə
yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.

Source link