Müğənni Günay İbrahimlinin pərəstişkarları ilə ikinci görüşü olub.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi 11 ildən sonra Bakının məşhur ticarət mərkəzlərinin birində fanatları ilə bir araya gəlib.
İmza günündə Günay xeyli sürprizlərlə üzləşib. Belə ki, gənc ifaçının pərəstişkarları ona hədiyyələr veriblər, səhnəyə çıxaraq İbrahimli ilə birgə duet oxuyublar.
Müğənni özü ilə bağlı suallara doğru cavab verənlərə qarderobundan hədiyyələr verib.
Tədbir zamanı pərətişkarlarının diqqəti və sevinc göz yaşları Günayı da kövrəldib.