Günel Hümbətova Çağla Şikelə meydan oxuyur – FOTOSESSİYA

Günel Hümbətova Çağla Şikelə meydan oxuyur – FOTOSESSİYA

Baxış sayı: 3. 646 dəfə baxılıb.

Eks-aparıcı Günel Hümbətova videobloqerliyə başlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, aparıcının “Lifestyle” tərzində çəkdiyi videolar xeyli izlənmə sayı toplayır. 

Hümbətova “Youtube” video hostinqində paylaşılan videoları ilə türkiyəli model Çağla Şikelə meydan oxuyur.

Belə ki, Çağla da bir müddət öncə videobloqerliyə başlayıb. Ancaq 70 milyondan çox əhalisi olan Türkiyə ilə nisbətdə hər iki məşhurun videolarına nəzər yetirsəniz, demək olar ki, eyni izlənmə sayı toplayırlar.

Çağlanın “youtube”da abunə sayı 621 min, Günel də isə 15 mindir.

Digər tərəfdən, efirlərdən uzaqlaşan Günel “Instagram”da da aktiv fan kütləsinə sahibdir. 

Aktivliyi saxlamaq və gözəl görüntü nümayiş etdirmək üçün aparıcı tez-tez fotosessiyalar da etdirir.

O, bu dəfə isə Şəfiqə Əliyevanın obyektivi qarşısına keçib. Bir-birindən fərqli pozlar nümayiş etdirən Günelin arıqlaması da diqqətdən yayınmayıb.

.
www.ÇıxışYolu.Com