Güneldən sevgili xəbərinə etiraz: Utanın, ana-bacınızı düşünün

Güneldən sevgili xəbərinə etiraz: Utanın, ana-bacınızı düşünün

Baxış sayı: 9. 184 dəfə baxılıb.

Türkiyədə yaşayan və orada fəaliyyət göstərən müğənni Günel Zeynalova həmkarı Orhan Ölməzlə sevgili olması xəbərini təkzib edib. 

ÇıxışYolu.Com xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə yazıb.

O bildirib ki, O.Ölməzlə sevgili deyil:

“Əsəblərimi korlamayın, hamının ailəsi var. Xəbəri yazanda bunu fikirləşin. Utanın, ananızı, bacınızı düşünün. Ölümlü dünyada niyə qəlb qırırsınız? Azərbaycandakı bəzi özünü bilməyən səviyyəsizlər, əlinə telefonu alıb şərh bildirirsiniz, utanmazlar! 

Paxıllığın bu dərəcəsi də olmaz. “Kırık vazo” adlı klipim çıxdı, hansınız bunu paylaşıb “xeyirli olsun” yazdınız? Ancaq xəbər yazasınız, paylaşasınız, altından da ağzına gələni yazsınlar. Səhifələrdə şərh bölməsini də bağlamırsınız. Sizin adınıza utanıram. Amma unutmayın, hamımızın ailəsi var. Sizi insan olmağa çağırıram”.

Qeyd edək ki, “Söylemezsem Olmaz” verilişi Günelin türkiyəli müğənni Orxanla sevgili olduğu qeyd etmişdi.

.
www.ÇıxışYolu.Com