13 yaşında Azərbaycanda İbrahim Tatlısesin konserti zamanı səhnəyə çıxaraq məşhurlaşan Günel Zeynalova bu günlərdə görüntüsü ilə diqqət mərkəzindədir.
ÇıxışYolu.Com xəbər verir ki, 33 yaşlı sənətçi oxuduğu mahnılarla yanaşı, gözəlliyi, fərqli rəng və modellərdə olan saçları ilə gənc qızların yaxından izlədiyi məşhurlar sırasındadır.
Türk TV-lərinə çıxdığı vaxtlarda qaşlarını almaması ilə diqqət çəkən Günel bunun səbəbini “Azərbaycanda qızlar qaşlarını evlənəndən sonra alır”, – deyə açıqlamışdı.
Əsasən, buruq və düz saç modelləri seçir. Saç rənglərində qəhvəyi və şabalıdı rəngləri çox istifadə edir.
Ən sevdiyi rəng ağ, qara, bənövşəyi və çəhrayıdır. Uğurlu rəqəmi 5, ən sevdiyi gün cümə günüdür. Ən çox işlətdiyi parfümü isə “Dolce & Gabbana”dır.
Qeyd edək ki, müğənni sonradan burnunu estetik əməliyyat etdirməklə daha gözəl bir görüntüyə sahib olub.