Türkiyədə yaşayan həmyerlimiz, müğənni Günel Zeynalova aylar sonra İbrahim Tatlısəsi ziyarət edib.
ÇıxışYolu.Com xəbər verir ki, aralarında yaşanan kiçik incikliyi aradan qaldıran ifaçı onu görmək üçün İzmirə yollanıb.
Müğənninin yanında atası Rəhman da olub.
Günel Tatlısəslə olan fotolarını “Instagram” hesabında paylaşıb.
Zeynalova bildirib ki, imperator uzun müddət sonra sükutu pozub, yeni mahnılarını təqdim edəcək.
Fotolarda İbonun xeyli kilo alması da diqqətdən yayınmayıb.