Güney Azərbaycanda əlil insanlar etiraz aksiyası keçiriblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Ərdəbil şəhərində bir qrup əlil Ümumi Rifah İdarəsinin qarşısına
toplaşaraq “Əlillərin müdafiəsi haqqında” qanunun 27-ci maddəsinin həyata
keçirilməməsinə etiraz ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, “Əlillər haqqında” qanunun icra olunmaması ölkədə insan
ləyaqətinin təhqiri və insan hüquqlarının açıq şəkildə pozulmasıdır.