18145644-4515-4507-8dcc-3e58dfddda14..jpg

Güney Azərbaycanda ana dili ilə bağlı divarlara şüarlar yazıldı – FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

Güney Azərbaycanda ana dili ilə bağlı divarlara şüarlar yazıldı – FOTO

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni
vaxtda təhsil sisteminin təkdilli olmasına etiraz edərək, divarlara şüarlar
yazıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Qeyd olunur ki, Təbriz küçələrini “Anam kimi, ana dilimi sevirəm”, “Məni
yaşadacaq öz ana dilim”, “Hanı mənim ana dilim?”, “Eşq hələ sönməyib” kimi
şüarlar bəzəyib.

Source link