Güney Azərbaycanda tarixi abidənin acınacaqlı vəziyyəti – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Güney Azərbaycanda tarixi abidələr acınacaqlı vəziyyətdədir. İran rejimi
onların bərpası və mühafizəsi üçün heç bir iş görmür.
Bu barədə “Azad İran” “Telegram” kanalının təqdim etdiyi görüntülərdən aydın
olur.
Bildirilir ki, kadrlar Xoy şəhərində yerləşən Şəms Təbrizi məqbərəsindəndir
(Səfəvilər sarayı minarəsi).
Məlumata görə, təbrizlilər acınacaqlı vəziyyəti əks etdirən görüntüləri
əyalətin Mədəni İrs İdarəsinə göndərərək, rəsmilərdən tarixi abidənin vəziyyəti
ilə maraqlanmağı tələb ediblər.