bb9b976f-2de5-456d-896e-c3d6aadd3fcd..jpg

Güneyli körpəyə aylar sonra doğum şəhadətnaməsi verildi – FOTO

Baxış sayı: 667 dəfə baxılıb.

Güneyli körpəyə aylar sonra doğum şəhadətnaməsi verildi – FOTO

Türkay adlı təbrizli körpənin ailəsi 9 ay davam edən hüquqi prosedurdan sonra,
nəhayət ki, qız övladları üçün doğum haqqında şəhadətnamə ala biliblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı körpənin atası Hüseyn Şirdelə
istinadla xəbər verib.

Atanın sözlərinə görə, vəkil Davud Əli Məhəmməd və Sina Yusifinin Şərqi
Azərbaycan əyalətinin Qeydiyyat İdarəsi ilə hüquqi çərçivədə apardıqları
məhkəmə prosesi nəticəsində onlar sözügedən idarənin körpəyə doğum haqqında
şəhadətnamə verməsinə nail olublar.

Qeyd edək ki, güney azərbaycanlılar övladlarına türk adları vermək istəyərkən
hökumət orqanları tərəfindən bir sıra süni maneələrlə üzləşirlər.

Source link