15a9e8f8-682d-45de-96e7-4299f63f171e.jpg

Güneyli millət vəkillərindən İran Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə ETİRAZ

Baxış sayı: 186 dəfə baxılıb.

İran parlamentinin Təbrizdən seçilmiş millət vəkilləri İran Mülki Aviasiya
Təşkilatının “sərnişinlərin fars və ingilis dilindən başqa bir dildə
qarşılanması qadağandır”açıqlamasını

pisləyiblər.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, “Sedaye Təbriz” “Instagram”
hesabında deputatların bununla bağlı bəyanatları dərc edilib.

“Bəziləri məsələni şişirdirlər, onlar Papadan daha çox katolik rolu
oynayırlar. Aviaşirkət uçuşa hazırlaşan güneyli sərnişinləri türkcə
salamlayanda cinayət törətmiş olmur. Mülki Aviasiya Təşkilatının bu qərarından
hamımız təəssüflənirik və məsələni nəzarətdə saxlayacağıq”, – deyə Ruhullah
Mütəfəkkir Azad bununla bağlı deyib.

Daha bir millət vəkili Əlirza Navin də Mülki Aviasiya Təşkilatı tərəfindən
türk dilinin qadağan edilməsinə qarşı öz etirazını bildirib.

“Mülki Aviasiya Təşkilatının belə bir qərarı varsa, açıq deyirəm, bu
yersizdir. İcazə verin, məsələni araşdırım. Əgər belə bir hal varsa, biz
parlamentdə məsələ qaldıracağıq”, – deyə o bildirib.

Əli Cəfəri Azər isə öz növbəsində deyib: “Əgər belə bir açıqlama verilibsə,
yanlışdır. Bizim rəsmi dilimiz farsdır. Din dilimiz ərəb dilidir, ancaq biz
etnik qrupların ana dillərinin tədrisinə icazə verməliyik. İnsanlarımız bu
dildə yazıb, oxumağı bacarmalıdırlar. İranın ali rəhbəri belə etnik türk
ailələrlə görüşündə bildirib ki, uşaqlarınıza türk dilində danışmalarını
vurğulayın”.

Source link