789a7034-a370-46b8-a902-1ec443e149c2..jpg

Güneyli sənətçinin sosial media hesabı bağlandı – SƏBƏB + FOTO

Baxış sayı: 384 dəfə baxılıb.

Güneyli sənətçinin sosial media hesabı bağlandı – SƏBƏB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güneyli sənətçi və rəqs təlimçisi Səna Fərəci Azərbaycan türklərinin
mədəniyyəti və kimliyi haqqında video paylaşımlarına görə paniranistlərin
qəzəbinə tuş gəlib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Məlumata görə, İran hökumətinə bağlı anti-Azərbaycan təbliğatı aparan
“Azəriha” saytının rəhbərlərindən biri olan Ə.Şişgilani adlı şəxs “X” hesabında
paylaşım edərək, Səna Fərəciyə təhlükəsizlik qüvvələri tərəfindən təzyiq
göstərilməsini istəyib.

Belə ki, bu şəxs Təbrizdəki Şairlər Məqbərəsinin Azərbaycan rəqsi və
mədəniyyətinin təqdim edildiyi məkana çevrilməsinə icazə verildiyindən
qəzəblənib və Səna Fərəcini riyakarlıqla “striptizçi” adlandırıb.

Qeyd edək ki, Səna Fərəcinin “İnstaqram” hesabı da “cinayət” sayılan
paylaşımlarına görə məhkəmənin qərarı ilə bloklanıb.

Source link