98aa1a1d-beeb-4a3a-a343-80a8ca698513..jpg

Güneyli siyasi məhbus Ancelina Coli ilə telefonla danışıb – FOTO

Baxış sayı: 592 dəfə baxılıb.

Güneyli siyasi məhbus Ancelina Coli ilə telefonla danışıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehrandakı Evin zindanında həbs cəzası çəkən güney hüquq müdafiəçisi, Nobel
Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi ailəsinin vasitəçiliyi ilə Hollivud
aktrisası, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının keçmiş səfiri Ancelina
Coli ilə telefonda danışıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Telefon danışığında Nərgiz Məhəmmədi İranın indiki durumunu hökumət tərəfindən
həqiqətin dəfn edilməsi kimi qiymətləndirib.

Ancelina Coli 16 yaşlı Armita Gəravəndin repressiv “Əxlaq” polisi tərəfindən
öldürülməsi ilə bağlı sual ünvanlayıb. “Hökumətin həqiqəti gizlətməsi,
müxalifləri və etirazçıları məhv etmək tədbirlərindən daha dəhşətlidir. İran
hakimiyyəti Armitanı qətlə yetirməklə cəmiyyətə belə bir mesaj verib ki,
övladlarınız öldürülə bilər, amma həqiqəti qışqırmağınıza icazə verilməz”, –
deyə sülh mükafatçısı Coliyə bildirib.

Source link