Günvurmadan belə qoruna bilərik - Diqqət!

Günvurmadan belə qoruna bilərik – Diqqət!

Baxış sayı: 504 dəfə baxılıb.

Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma  ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən günvurmadan qorunmanın bəzi qaydalarını təqdim edir:

Gündəlik 2 litr sərin su için;

Günəşin ən qızmar olduğu saatları bayırda qalmamağa çalışın;

Nazik və açıq rəngli kətan parçadan tikilmiş paltarlara üstünlük verin;

Qidanızda çiyələyə daha çox üstünlük verin. Çünki bu meyvə bədəni sərinlədir, istilik səbəbilə artan qan təzyiqini normallaşdırır;

Xiyar, qarpız, nanədən mütəmadi istifadə edin. Tərkibində su çoxdur, qan təzyiqini tənzimləmə xüsusiyyəti var və sakitləşdirici təsirə malikdir.