Gürcü ekspert: “Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə
bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü
vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər”.
Bunu “Report”a açıqlamasında gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya
Ermənistan və Rusiya ilə birləşdirən yeganə yol – “Yuxarı Lars” keçid
məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.
“Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks
təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək”, – ekspert vurğulayıb.
O, qeyd edib ki, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq:
“Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə
ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin
açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı
artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq”.
Politoloq qeyd edib ki, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral
aylarında sülh müqaviləsi imzalanacaq:
“Çünki, rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas
etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”.