a1531779-6a6d-4391-a4c4-b6a93ea25fba..jpg

Gürcü ekspert: “Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından başqa yolu yoxdur”

Baxış sayı: 571 dəfə baxılıb.

Gürcü ekspert: “Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından başqa
yolu yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalamaqdan başqa şansı yoxdur.
Bu imza ilə rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas
etmiş olacaq”.

Bu fikirləri “Report”un yerli bürosuna gürcüstanlı siyasi ekspert Giorgi Goqua
Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol olan “Yuxarı Lars” keçid
məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.

“Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil,
əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki
yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat
və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan
başqa yolu yoxdur”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm
rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük
qayğı nümayiş etdirir:

“Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa
edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni
rəsmi dairələrində müvafiq siyasi iradə olsun”.

Giorgi Goqua deyib ki, Ermənistan sazişi imzalasa, qonşu dövlətlərlə mehriban
qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq, imzalamasa özünü blokada
vəziyyətinə salacaq.

Source link