Gürcü nazir: “Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Düşünürəm ki, bugünkü İpək Yolu Forumu Gürcüstanın həm Azərbaycan, həm də
Ermənistan üçün dost məkan olduğunu nümayiş etdirir”.
Bunu “Report”un yerli bürosuna Tbilisidə keçiriləcək 4-cü Beynəlxalq İpək Yolu
Forumunun açılışından öncə Gürcüstanın baş nazirinin birinci müavini,
iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.
“Gürcüstan Cənubi Qafqazda sülhdən yanadır, bu, regionun hər üç ölkəsinin
marağına cavab verir. Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq.
Ona görə də biz sülh sazişi prosesinə vasitəçilik edirik”, – o vurğulayıb.
Dövlət rəsmisi əlavə edib ki, bu prosesin sülh sazişinin imzalanması ilə
yekunlaşması regiona uzunmüddətli sabitlik gətirəcək.