Gürcü nazir etirazçılardan üzr istədi – VİDEO

Gürcü nazir etirazçılardan üzr istədi – VİDEO

Baxış sayı: 2. 435 dəfə baxılıb.

Gürcüstan parlamentində Tbilisinin mərkəzində anti-narkotik reydlərinə qarşı etiraz aksiyaları keçirənlərlə ölkənin daxili işlər naziri Georgi Qaxariya arasındakı görüş başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb. 

Agentliyin məlumatına görə, onlar aksiyaların dayandırılması qərarına gəliblər. Qaxariya etirazçılar qarşısında üzr istəyib. 

O vəd edib ki, iki gecə klubunda keçirilən əməliyyatları araşdıracaq və narkotik dövriyyəsi sahəsində siyasəti qanunauyğun formada aparacaq. 

“Mən təkcə öz adımdan deyil, bütün əməkdaşlarımız adından üzr istəyirəm”, – o bildirib.

www.ÇıxışYolu.Com