1af3a5ff-e367-436e-814e-b7e30a0f9981..jpg

Gürcü politoloq: “Əsirlərin dəyişdirilməsi Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifədir”

Baxış sayı: 573 dəfə baxılıb.

Gürcü politoloq: “Əsirlərin dəyişdirilməsi Azərbaycanla Ermənistan arasında
münasibətlərdə yeni səhifədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əsirlərin dəyişdirilməsi prosesi Azərbaycanla Ermənistan arasında
münasibətlərdə yeni səhifə açıldığını nümayiş etdirir”.

Bu fikri “Report”a xarici siyasət elmlər doktoru, politoloq Malxaz Qulaşvili
Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesini şərh
edərkən deyib.

“Bu, Qafqazda sülhün yaradılması üçün mühim addımdır. Çünki regionun iqtisadi
inkişafı Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən asılıdır”, –
politoloq bildirib.

Onun sözlərinə görə, sülh olarsa, Orta Dəhliz inkişaf edəcək ki, bu da yeni iş
yerləri, ölkələrin iqtisadiyyatının güclənməsi və regionun inkişafı deməkdir.

M.Qulaşvili qeyd edib ki, baş verən xoşniyyətli addımlardan sonra mütləq sülh
müqaviləsi imzalanmalıdır:

“Qafqaz ölkələrinin liderləri elə addım atmalıdırlar ki, regionda mütləq sülh
olsun. Erməni xalqı üçün də bu çox vacibdir. Onlar da başa düşməlidirlər ki,
başqasının ərazisinə göz tikmək lazım deyil. Təzyiqlərdən canlarını qurtarıb
dərindən nəfəs alsınlar. İnanırıq ki, tez zamanda bütün bunlar olacaq”.

Politoloq vurğulayıb ki, dinc azərbaycanlılara işgəncələr verən, qətlə yetirən
şəxslərin kimliyindən asılı olmayaraq mütləq cəzası verilməlidir.

Source link