6e6152f8-19b2-462d-bb82-9062cd01dc79..jpg

Gürcü politoloq: “Fransa və Ermənistan əlbir olub oyun qurub, amma heç nəyə nail ola bilməyəcəklər” – FOTO

Baxış sayı: 694 dəfə baxılıb.

Gürcü politoloq: “Fransa və Ermənistan əlbir olub oyun qurub, amma heç nəyə
nail ola bilməyəcəklər” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcü politoloq Simon Kopadze Ermənistanın Azərbaycanla sülh prosesində
tutduğu destruktiv mövqenin arxasında Fransanın dayandığını bildirib.

O, “Report”un yerli bürosuna açıqlamasında deyib ki, Paris və İrəvan əlbir
olub oyun qurub, amma heç nə əldə edə bilməyəcəklər.

Politoloq vurğulayıb ki, 2020-ci ildən 2023-cü ilə qədər mərhələli baş verən
bütün proseslərdə Azərbaycan Ermənistana sülh danışıqlarının aparılmasını
təklif edib:

“Sülh təklifi hər zaman Azərbaycan tərəfdən gəlirdi. Rəsmi Bakı həmişə şərait
yaradırdı ki, İrəvan getdiyi səhv yoldan qayıtsın. Amma Ermənistanda elə
düşünürdülər ki, Fransa ilə hansısa formada əlbir olub nəyəsə nail olacaqlar.
Bu onlarda alınmayacaq, qurduqları oyun baş tutmayacaq. Ermənistan tərəfi
hansısa irəliləyiş istəyirsə, bu zaman ən azı ilkin mərhələdə ekspertlər
səviyyəsində Tbilisidə görüşlər keçirməyə razılıq verməlidir. Çünki Cənubi
Qafqazda sülh istəyiriksə, burada olan 3 ölkə bunu etməlidir. Amma atdığı
addımlar onları dünyadan təcrid etdi, bütün iqtisadi layihələrdən uzaqlaşdırdı.
Düşünürəm ki, Ermənistanın etdikləri onların xeyrinə olmadı, öz səhvlərinin
qurbanı oldular. Bu uğursuz siyasətlə onlar Azərbaycanın qarşısında dura
bilməyəcəklər. Çünki artıq heç nəyi tələb edə bilməzlər. Tələb edəcəkləri nəsə
olsaydı, çoxdan edərdilər. Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə
qarşı işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib”.

S.Kopadze diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı
Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. O vurğulayıb ki, rəsmi
Bakı hər zaman regionda sülhü dəstəkləyib.

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh olarsa, həyat inkişaf edəcək,
iqtisadiyyat güclənəcək və region xalqları gözəl şəraitdə yaşayacaq. Təbii ki,
bu proses bir çox ölkələri narahat edir. Azərbaycan isə hansısa formada bütün
ölkələrlə gözəl əlaqələr qurmağı bacarıb, dünyanın investisiya yatırdığı
dövlətlərdən birinə çevrilib. Artıq demək olar ki, hər kəs Azərbaycanla yaxşı
münasibətlər qurmağa çalışır. Bunu etmək istəməyənlər isə uduzacaq. Azərbaycan
çox sürətlə inkişaf edir və bu inkişafı heç kim saxlaya bilməz”, – siyasi
icmalçı diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, nəinki Azərbaycanın, dünyanın istənilən dövlətinin
ərazi bütövlüyünün bərpa olunması, həmin ərazilərin yenidən qurulması müsbət
halıdır.

İşğaldan azad olunmuş Zəngilan və Ağdama səfər etdiyini deyən S.Kopadze
yenidənqurma prosesi ilə yaxından tanış olduğunu və gördüklərindən
təəccübləndiyini deyib: “İşlər hansı sürətlə gedir bunu sadəcə görmək lazımdır.
Hələ mən hansısa bir ölkədə işğaldan azad olunan ərazilərdə belə sürətlə
yenidənqurmanın şahidi olmamışdım. Şəxsən orada gedən tikinti işlərini, bütün
prosesləri gözümlə görmüşəm”.

Ekspert fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə də
toxunub: “Seçkilər 30 il sonra bütöv Azərbaycan ərazisində keçiriləcək. Bu da
təbii ki, çox vacib olan məsələdir. Çünki müəyyən ərazi işğalda olanda seçki
tam sayılmır, amma indi bütöv Azərbaycan səs verəcək”.

Source link