ee48f651-8663-406c-b2b9-156ef8142fd5..jpg

Gürcü politoloq: “Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir”

Baxış sayı: 623 dəfə baxılıb.

Gürcü politoloq: “Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında gürcü politoloq, professor Badri
Naçkebiya deyib.

Onun sözlərinə görə, bu prosesə QHT-lər, digər ölkələrin nümayəndələri və
fərqli institutları cəlb ediblər:

“Onların əli ilə çevrilişə cəhd göstərirlər. Təbii ki, bu da dövlətimizi ciddi
təhlükə altına atır. Çox təəccüblüdür ki, bu cür işlər üçün maliyyə axını elə
bizə tərəfdaş olan ölkələrdən gəlir. Bu isə bizdə həm təəssüf, həm də təlaş
hissi doğurur. Çünki Gürcüstanın suverenlik maraqları başqa ölkələrin diktəsi
ilə hərəkət etmək yox, öz ölkəsinə və əhalisinə qayğı göstərməkdir”.

B.Naçkebiya Gürcüstan ictimaiyyətinin bu məsələyə həssas yanaşacağına əmindir:

“Bütün bu təhlükələrdən yayınmaq üçün də Gürcüstan xüsusi xidmət orqanları öz
işlərini görürlər”.

Source link