Gürcü politoloqlar: “Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə postsovet
məkanında ilkə imza atıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda olduğu kimi, Gürcüstanda da Zəfər Günü tədbirləri qeyd edilir.
Gürcü xalqı Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirir”.
Bu sözləri “Report”un yerli bürosuna müsahibəsində gürcü politoloq Vaso
Kopanadze bildirib.
“BMT-nin illər ərzində yalnız kağız üzərində olan dörd qətnaməsini Ali Baş
Komandanİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı yerinə
yetirdilər. Cəmi 44 gün ərzində Azərbaycan öz ərazilərini erməni işğalından
qurtarmaqla suveren və konstitusion hüquqlarını bərpa edə bildi”, – gürcü
politoloq qeyd edib.
Politoloq Zəfər Günü ilə bağlı Azərbaycan xalqına öz təbriklərini çatdırıb.
Gürcüstanın “Art Gallery” televiziya şirkətinin qurucusu Tengiz Txilava da
Zəfər Günü ilə bağlı səmimi təbriklərini çatdırıb:
“44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə
bildi. Postsovet ölkələri arasında Azərbaycan bununla bağlı ilkə imza atıb”.