75376640-ee24-4467-85c6-e8ea58e497a3.jpg

Gürcüstan Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının tərəfdarıdır

Baxış sayı: 252 dəfə baxılıb.

Gürcüstan nümayəndə heyəti Azərbaycanla bağlı hazırkı müzakirənin Azərbaycan
nümayəndə heyətinin iştirakı olmadan Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) gündəliyinə salınmasına etiraz edib.

Cixisyolu.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın təşkilatdakı
nümayəndə heyətinin rəhbəri Givi Mikanadze bildirib.

“Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirilib və bu, vacibdir”, –
Mikanadze qeyd edib.

O vurğulayıb ki, Gürcüstan nümayəndə heyəti Avropa Şurasının müxtəlif
qurumlarının nümayəndələri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri
qayıtması məsələsini aktuallaşdırır. Yaxın vaxtlarda Azərbaycan parlamentinə
yeni seçilən deputatlarla danışıqlara başlamaq lazımdır.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə
toxunan Mikanadze qeyd edib ki, Gürcüstan bunun üçün əlindən gələni edir.

“Bu saziş təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün Cənubi
Qafqaz üçün vacibdir, sülh mühitinin formalaşması və sazişin tezliklə
imzalanması bütün ölkələr və bütövlükdə region üçün səmərəli təminatlar
yaradacaq”, – deyə Mikanadze bəyan edib.

Onun sözlərinə görə, Gürcüstan sülh sazişinə gətirib çıxara biləcək istənilən
prosesdə vasitəçi kimi çıxış etməyə hazırdır.

“Biz tezliklə sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirik” – deyə
Mikanadze vurğulayıb.

Source link