Gürcüstan-Azərbaycan sərhədində postda Gürcüstan DİN-nin sərhədçi polis əməkdaşının meyiti aşkarlanıb.
ÇıxışYolu.Com “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, meyitin üzərində güllə yarası olub.
İnformasiyaya görə, insident Gürcüstanın Laqodexi rayonunda baş verib.Hadisənin təfərrüatı barədə məlumat yoxdur.
Gürcüstanın baş prokurorluğu jurnalistlərə verdiyi açıqlamada, sərhədçinin ölüm faktı ilə bağlı “İntihar həddinə çatdırma” maddəsi üzrə cinayət işinin açıldığı bildirilir.
Sözügedən maddəyə görə, cinayəti törədən şəxs dörd ilə qədər azadlıqdan məhrum edilə bilər.