e7b676f3-f48f-467f-9968-09ee8b26e53f..jpg

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir – FOTO/VİDEO

Baxış sayı: 460 dəfə baxılıb.

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin
sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 254, “Biləsuvar” gömrük
postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1000, “Mazımqara” gömrük postunda
50, “Samur” gömrük postunda 56 və “Xanoba” gömrük postunda 13 yük maşını var.

Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü”
gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.

Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə
Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə
əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin
məhdudlaşdırılmasıdır.


Source link