5293e186-8638-4f33-94fd-430e1a63e8d8..jpg

Gürcüstan Azərbaycandan 583 milyon dollarlıq məhsul idxal edib

Baxış sayı: 651 dəfə baxılıb.

Gürcüstan Azərbaycandan 583 milyon dollarlıq məhsul idxal edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 583,61 milyon ABŞ
dolları dəyərində mal və məhsullar idxal edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika
İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu göstərici ötən illə
müqayisədə 12,60 milyon dollar və ya 2,2% çoxdur. 2022-ci ilin ilk 11 ayı
ərzində Gürcüstanın Azərbaycandan idxalı 571,01 milyon dollar təşkil edib.
Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 4,2%-ni təşkil edib.

Bu il Gürcüstanın əsas idxal tərəfdaşı Türkiyə olub – 2 milyard 326,22 milyon
dollar. İlk üçlüyün digər ölkələri isə müvafiq olaraq ABŞ (1 milyard 769,69
milyon dollar) və Rusiya (1 milyard 589 milyon dollar) olub. Azərbaycan bu il
Gürcüstanın 6-cı əsas ticarət tərəfdaşı olub.

Cari ildə Gürcüstanın ümumi idxalı ötən ilin analoji dövrü ilə müqayisədə
16,1% artaraq 14 milyard 28 milyon dollar təşkil edib.

Source link