Gürcüstan baş nazirinin birinci müavini: “Azərbaycan bizim üçün ən vacib
tərəfdaşdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin birinci
müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə
keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunun açılışından öncə bildirib.
“Biz bu məsələyə böyük önəm veririk. Bizim əlaqələrimiz tək ticarət, enerji
sektoru ilə bitmir, bir çox başqa sahələrdə də əməkdaşlığımız inkişaf edir.
İnanırıq ki, qarşıdakı illərdə Azərbaycandan Gürcüstana qoyulan investisiyanın
məbləği daha da artacaq”, – o deyib.