8b1a1ff0-460b-42d3-a3a4-5de01d3ac9ee.jpg

Gürcüstan Ermənistanla birləşsə, Azərbaycanı hansı təhlükələr gözləyər?

Baxış sayı: 263 dəfə baxılıb.

“Gürcüstanda ayın 26-sı baş tutacaq seçki, bu seçkinin nəticəsi Azərbaycan
üçün önəmlidir”.

Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.

Jurnalistin sözlərinə görə, Azərbaycan tərəfi arzulayır ki, məhz hazırkı
iqtidar və onun tutduğu siyasi kurs Gürcüstanda qalib olsun:

“Çünki ABŞ Ermənistanı tam nəzarətə götürüb, amma Cənubi Qafqazda bir tarazlıq
formalaşdırmağa çalışır. Hazırda Gürcüstanda suveren siyasət kursu aparan bir
iqtidar var. Həmin iqtidarı ABŞ ram etsə, onun iplərini öz əlinə alsa, nəticə
etibarilə həm də Ermənistanın maraqlarına uyğun bir proses baş verəcək. Bu
proses həm də ABŞ, Fransa və digər bu istiqamətdə maraqlı qüvvələrin Azərbaycan
üzərində təzyiqlərini artıracaq. Məhz Ermənistandakı revanşistlər, müəyyən
təxribatçı qruplar, Qərbdən erməni siyasilərini həvəsləndirən proseslər də
bununla əlaqəlidir. Əgər Gürcüstanda keçiriləcək seçkilərdə hazırkı iqtidarın
siyasi kursu qalib gəlsə, həm də nəticə etibarilə Azərbaycanın Cənubi Qafqazda
apardığı siyasi kursun qələbəsi olacaq”.

Ətraflı Baku TV-nin süjetində:

Gürcüstan Ermənistanla birləşsə, Azərbaycanı hansı
təhlükələr gözləyər?
Gürcüstan Ermənistanla birləşsə, Azərbaycanı hansı təhlükələr gözləyər?

Source link