Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkisi gürcü xalqının
müstəqillik, dövlət suverenliyi və ənənəvi dəyərləri tərcih etdiyini göstərdi.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.
Qeyd olunur ki, ölkə əhalisi xarici qüvvələrin əlində alətə çevrilmək əvəzinə
sabitliyə üstünlük verib.
“Bu səsvermə Qərb, ilk növbədə də Avropa İttifaqı tərəfindən təbliğ edilən yad
dəyərlərə – LGBT, ailə institutunun gözdən salınması mənfi hallara gürcü
xalqının cavabı idi”, – deyə videomaterialda vurğulanır.
Daha ətraflı süjetdə:
Gürcüstan: “İkinci cəbhə” əvəzinə sabitlik