9cc0720d-0d74-4fa0-936e-84d499d371f9..jpg

Gürcüstan nümayəndə heyəti hərbi hissələri ziyarət edib – FOTO

Baxış sayı: 2. 579 dəfə baxılıb.

Gürcüstan nümayəndə heyəti hərbi hissələri ziyarət edib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın
Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando)
və Hərbi Hava Qüvvələri (HHQ) hərbi hissələrini ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyəti burada
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib,
önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı
brifinq təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçular üçün yaradılan
şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində
komandoların nümunəvi çıxışlarını izləyib.

Sonra nümayəndə heyəti HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə
gələrək silahlanmada olan hərbi texnika ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Source link