Gürcüstan, Özbəkistan və Qırğızıstan səfirləri Hövsan Beynəlxalq Ticarət Dəniz
Limanında olublar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün üç ölkənin Azərbaycandakı səfirləri – Gürcüstandan Zurab Pataradze,
Özbəkistandan Baxrom Aşrafxanov və Qırğızıstandan Kayrat Osmonaliyevin –
başçılığı ilə nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında
olub.
Cixisyolu.com-ın məlumatına görə, qonaqlara əraziyə ekskursiya təşkil edilib, daha
sonra onlar limanın inzibati binasının konfrans zalına aparılıblar.
Limanın direktoru Rəşad Daşdəmirov nümayəndə heyətinə limanın yaranma tarixi,
tutumu və yük dövriyyəsi haqqında məlumat verib.
Görüş zamanı tərəflər əməkdaşlığın genişləndirilməsi, yük axınının artırılması
və mövcud problemlərin həlli məsələlərini müzakirə ediblər.