35e3c15d-e8d2-49f3-be57-7dce400d6d33.jpg

Gürcüstan parlamentinin sədri: “COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün mühüm tarixi hadisədir”

Baxış sayı: 159 dəfə baxılıb.

“COP29 kimi beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün mühüm
tarixi hadisədir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin sədri
Şalva Papuaşvili bildirib.

O, Azərbaycanın beynəlxalq tədbirləri təşkil etmək sahəsindəki təcrübəsinin
əhəmiyyətini vurğulayıb:

“Bu, eyni zamanda Azərbaycanın dünya miqyasında yüksək nüfuzunun göstəricisi
kimi qiymətləndirilir. Mən Azərbaycana COP29-u yüksək səviyyədə və uğurla
keçirməsini arzulayıram. Bakıda olduğum zaman müxtəlif məkanlarda bu böyük
tədbir üçün hazırlıq işlərinin necə getdiyini müşahidə etdim. Ona görə də
əminəm ki, bu konfrans ən yüksək standartlara uyğun keçiriləcək və tarixə
düşəcək”.

Ş.Papuaşvili Azərbaycana müvəffəqiyyətlər arzulayaraq bu cür tədbirlərin
ölkənin beynəlxalq müstəvidəki rolunu daha da gücləndirəcəyini söyləyib.

Source link