Gürcüstan parlamentinin spikeri istefa verdi

Baxış sayı: 2. 146 dəfə baxılıb.

Gürcüstan parlamentinin spikeri istefa verdi

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze vəzifəsindən istefa verib.

Bu barədə “RİA Novosti” xəbər verir.

Onun istefasına Tbilisidə keçirilən etiraz aksiyaları səbəb olub.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun Prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.