d4067b2a-9196-426a-ab4d-99543c69c040..jpg

Gürcüstan polisi erməni diasporasının Azərbaycana qarşı təxribatına icazə verməyib – FOTO

Baxış sayı: 496 dəfə baxılıb.

Gürcüstan polisi erməni diasporasının Azərbaycana qarşı təxribatına icazə
verməyib – FOTO

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun
təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib.

APA xəbər verir ki, paytaxtın Vake parkı adlanan ərazisinə toplanmış təxminən
100-dək diaspora üzvü Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin
qarşısına yürüş edib. Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə
müxtəlif şüarlar səsləndiriblər.

Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Polis radikal
qrupa özünü buraxmış qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib.
Aİ nümayəndəliyi qarşısında müxtəlif şüarlar səsləndirən ermənilər daha sonra
ərazini tərk ediblər. Aİ nümayəndəliyi ermənilərin aksiyasına heç bir reaksiya
verməyib.

Source link