b3b511ca-789d-4e33-9910-f784a6a8e761..jpg

Gürcüstan prezidentinin impiçmenti baş tutmayacaq

Baxış sayı: 474 dəfə baxılıb.

Gürcüstan prezidentinin impiçmenti baş tutmayacaq

Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayacaq.

Bu barədə ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından
məlumat verilib.

Bildirilib ki, prosedurun faktiki olaraq mümkünsüzlüyünə səbəb parlamentdəki
səs çatışmazlığıdır.

Xatırladaq ki, sentyabrın əvvəlində dövlət başçısı Berlin, Brüssel və Parisə
səfər edərək burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki,
Gürcüstan hökuməti onun səfərlərinə razılıq verməyib. Bu səbəbdən hakim partiya
prezidenti ölkə Konstitusiyasını pozmaqda ittiham edib və impiçment proseduruna
başlayıb. Prosedurun uğurla başa çatması üçün 150 deputatdan 100-nün səsi tələb
olunub. Lakin, görünür layihə millət vəkilləri arasında yetərli dəstək qazana
bilməyib.

Mənbə: TASS

Source link