Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi

Baxış sayı: 2. 588 dəfə baxılıb.

Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi

Gürcüstan Rusiya vətəndaşı Andrey Türini ABŞ-a ekstradisiya edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ-ın Məxfi Xidmət, Federal Təhlükəsizlik Bürosu və Prokurorluğunun birgə bəyanatında deyilir. 

A.Türin maliyyə strukturlarının sistemlərinə kiber hücumda ittiham olunur. 

Rusiya vətəndaşını ABŞ-da üst-üstə 97 il həbs cəzası gözləyir.

Qeyd olunur ki, A. Türin genişmiqyaslı haker hücumuna, o cümlədən ABŞ-da 80 milyon müştərinin şəxsi məlumatlarının oğurlanmasına görə məsuliyyət daşıyır. 

www.ÇıxışYolu.Com