Gürcüstan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstanın Azərbaycandakı səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş
vermiş partlayış nəticəsində həlak olanlarla bağlı Azərbaycan xalqına
başsağlığı verib.
Bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.
“Bakıda mebel sexində insan ölümü ilə nəticələnən partlayış xəbəri bizi son
dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, xəsarət
alanların tezliklə sağalmasını arzulayırıq”, – qeyd edilib.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən
sexdə baş vermiş partlayış nəticəsində xilasedicilər tərəfindən dağıntılar
altından üçü sağ çıxarılmaqla ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin
meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.