Gürcüstan Suriyanın BMT-dəki və Misirdəki diplomatik nümayəndələrinə Suriya Ərəb Respublikası ilə diplomatik əlaqələrin kəsilməsi haqqında rəsmi nota göndərib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “RİA Novosti” Gürcüstanın XİN-ə istinadən məlumat yayıb.
Gürcüstan hökuməti rəsmi Dəməşqlə diplomatik əlaqələrin kəsilməsi üzrə prosedura may ayının sonunda start verib. Buna səbəb Suriya hökumətinin qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanımasıdır.
“Hökumətin 31 may 2018-ci il tarixli sərəncamına əsasən Gürcüstan tərəfi Suriya Ərəb Respublikası və Gürcüstan Respublikası arasında 18 may 1993-cü ildə bağlanmış diplomatik münasibətlər haqqında sazişi etibarsızlaşdırıb.”, -deyə Gürcüstan XİN-nin bəyanatında qeyd olunur.