Gürcüstan hökuməti Türkiyədən kartof alışını dayandırmaq barədə qərar verib.
ÇıxışYolu.Com xəbər verir ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin 598 saylı sərəncamına əsasən, Türkiyədən kartof idxalı iyunun 1-nə qədər dayandırılıb.
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarından sonra Gürcüstana kartof aparan 30 TIR Gönyə gömrüyündə saxlanılıb və geri qaytarılıb. Hopa Limanı gömrüyündə isə 15 TIR sürücüsü hələ də gözləyir.
Qərarın iki ölkə arasında ticari münasibətlərə xələl gətirəcəyi irəli sürülür.