Gürcüstana həşiş keçirən azərbaycanlı saxlanılıb

Gürcüstana həşiş keçirən azərbaycanlı saxlanılıb

Baxış sayı: 2. 771 dəfə baxılıb.

Gürcüstana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Gürcüstan-Türkiyə sərhədində Vale sərhəd-keçid məntəqəsi ərazisində saxlanılmış Azərbaycan vətəndaşının üzərində axtarış zamanı 1 kiloqram 500 qram çəkidə həşiş aşkar olunub.

Saxlanılmış şəxsi 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

www.ÇıxışYolu.Com