Gürcüstana maşınla səyahət pullu oldu, bəs bizdə? – MÜQAYİSƏ

Gürcüstana maşınla səyahət pullu oldu, bəs bizdə? – MÜQAYİSƏ

Baxış sayı: 3. 017 dəfə baxılıb.

Martın 1-dən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstanda olduğu bütün müddət ərzində öz vətəndaş məsuliyyətini sığortalamalıdır (avtomobil – red.).

Gürcüstana motosikl ilə giriş 15 gündən bir ilədək 20 laridən 240 lariyədək, avtomobillə – 30-295 lari, avtobusla – 45-480 lari, yük maşını ilə – 60-610 lari, qoşulma ilə – 14 -145 lari, kənd təsərrüfatı texnikası ilə – 25-250 lari arasında dəyişir.

Məsələn, əgər siz öz avtomobilinizlə Gürcüstana getmək istəyirsinizsə, onda Gürcüstana giriş zamanı ölkədə olmaq müddətindən asılı olaraq, öz nəqliyyat vasitənizin sığortası üçün müəyyən məbləğ ödəməlisiniz.

Larinin manata nisbətdə məzənnəsi bu gün üçün: 1 lari – 0, 7151 manat.

Bəs bizim ölkəyə xarici maşınların giriş məsələsi nə yerdədir?

Bu sualla ÇıxışYolu.Com Azərbaycanın İcbari Sığorta Bürosuna (İSB) müraciət edib.

“Yaşıl kartı” olmayan hər bir kəs Azərbaycana girişdə şəxsi avtomobilinin sığortası üçün pul ödəməlidir.

“Yaşıl kart” (Green Card) – avtomülki məsuliyyətin sığortası üzrə beynəlxalq müqavilə (polis), həmçinin avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin sığortalanması üzrə sığorta polisinin razılaşmanın üzv ölkələri tərəfindən qarşılıqlı tanınması haqqında razılaşma.

Hal-hazırda “Yaşıl kart” sisteminə Avropa, Asiya və Afrikanın 48 ölkəsi daxildir.

İSB bildirib ki, “Yaşıl kart” sisteminə daxil olmayan ölkələrin avtomobil sahibləri üçün, Azərbaycan sərhədlərində 30 gündən bir ilədək sığorta təklif edilir”, – İSB-nun cavabında deyilir.

Bürodan qeyd olunub ki, Gürcüstandan fərqli olaraq, Azərbaycanda nəqliyyat vasitəsinin mühərrikinin həcmi də nəzərə alınır.

Azərbaycana motosikl ilə giriş 30 günədək – 10 manat, illik – 50 manat; orta 2.0 həcmli mühərrikli avtomobillə 30 gün üçün – 15 manat, illik – 75 manatdır; yük maşını ilə (8 tonluq yük qaldırma) 30 gün üçün – 50 manat, illik – 250 manat; qoşulma ilə 30 gün üçün – 5 manat, 1 il – 25 manatdır.

Əli Məmmədov
www.ÇıxışYolu.Com