Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi Ermənistan vətəndaşlarının ölümünə səbəb olub.
RİA Novosti xəbər verir ki, qəza Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 100-cü kilometrində baş verib.
Bildirilir ki, “Mercedes” markalı avtomobil maneəyə çırpıldıqdan sonra alışıb.
Nəticədə 3 nəfər Ermənistan vətəndaşı ölüb, 5 nəfər yaralanıb.