Gürcüstanda aksiya iştirakçıları yolu bağlayıblar – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstanın paytaxtı Tbilisidə parlament yaxınlığındakı mitinqdən sonra
“Qəhrəmanlar” meydanına keçən aksiya iştirakçıları yolu bağlayıblar.
Hazırda “Qəhrəmanlar” meydanında nəqliyyatın hərəkəti tamamilə iflic olub.
Xüsusilə, meydanda yerləşən bütün yol ötürücülərində avtomobillərin hərəkəti
məhdudlaşdırılıb, həmçinin Varazişxevi küçəsinə giriş və Kostava küçəsinə gedən
tuneldə nəqliyyatın hərəkəti iflic olub.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları
“Qəhrəmanlar” meydanında aksiyanın bir neçə iştirakçısının saxlanıldığını
bildirdikdən sonra belə qərar qəbul ediblər.
Qanunun əleyhdarlarının bir qismi parlamentin binası qarşısında qalırlar.
Xatırladaq ki, Gürcüstan parlamenti bu gün “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Mənbə: TASS
14.05.2024, 16:41
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini
qəbul etdikdən sonra Tbilisidə etiraz aksiyaları yenidən alovlanıb.
Məlumata görə, “Xarici agentlər” haqqında qanunun əleyhdarları parlamentin
qarşısına toplaşaraq hay-küy salır, narazılıqlarını nümayiş etdirirlər. Onlar
etiraz əlaməti olaraq parlament binasını qırmızı rəngə boyayıblar.
11:16
Bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsi plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
Məlumata görə, qanun layihəsini Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası
təqdim edib.
Üçüncü oxunuş əsasən texniki və redaksiya məzmununun müzakirəsini nəzərdə
tutur. Ona görə də bu gün parlamentdə qanun layihəsinə baxılması prosesinin
başa çatacağı və qəbul olunacağı gözlənilir. Daha sonra sənəd imzalanmaq üçün
prezidentə təqdim olunacaq.
Qeyd edək ki, sözügedən layihə ilə bağlı bir neçə gün əvvəl başlayan, dünən
isə 30-dan artıq universitetin tələbələrinin də qatıldığı genişmiqyaslı aksiya
bu gün bərpa olunub.
Mənbə: Sputnik Gürcüstan