25bcb953-2549-467d-8290-05ed890917c8..jpg

Gürcüstanda azərbaycanlılar Aİ-nin ofisinin qarşısında aksiya keçiriblər – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 682 dəfə baxılıb.

Gürcüstanda azərbaycanlılar Aİ-nin ofisinin qarşısında aksiya keçiriblər –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda azərbaycanlılarının paytaxt Tbilisidə Avropa İttifaqının (Aİ)
nümayəndəliyinin qarşısında keçirdiyi “Ayrıseçkiliyə və İkilli Standartlara
Son!” adlı aksiya insidentsiz başa çatıb.

APA xəbər verir ki, aksiyaçılar Azərbaycanın və azərbaycanlıların regionda
sülhdən yana olduqlarını bəyan ediblər. Aksiyada ermənilərin Gürcüstan
ictimaiyyətinə həqiqətləri təhrif edərək çatdırmağa çalışdığı, ictimaiyyəti
çaşdırmaq istədiyi qeyd olunub, Ermənistandan Azərbaycana qarşı mina terroruna
son verməsi, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi
tələb edilib.

Etirazçılar ermənilərin törətdiyi Xocalı soyqırımına ədalət tələb ediblər.
İştirakçılar həmçinin Avropa qurumlarının Azərbaycana qarşı ikili siyasət
yürütdüyünü bildiriblər. Əraziyə yüzdən çox polis əməkdaşı cəlb edilib.

Qeyd edək ki, Aİ nümayəndəliyinin qarşısında bir qədər sonra Gürcüstandakı
erməni diasporasının Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası
planlaşdırılır.

14:47

Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisidə Azərbaycana dəstək
məqsədilə “Ayrıseçkiliyə və İkilli Standartlara Son!” adlı aksiya keçirirlər.

APA xəbər verir ki, əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan 200-dək
aksiyaçı hazırda Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin qarşısına yürüş edir.
Aksiyaçılar “erməni terroruna son”, “Ermənistanın ekoloji terroruna son”,
“ikili standartlara son” və.s şüarları səsləndirirlər.

Gürcüstanın müxtəlif bölgələrindən olan azərbaycanlılar həmçinin Ermənistanın
minalanmış Azərbaycan ərazilərinin xəritələrini təhvil verməsini tələb edir.

Source link