938b5683-3f21-4117-b11d-f34f44e68c0e..jpg

Gürcüstanda bazarda atışma: Ölənlər var

Baxış sayı: 428 dəfə baxılıb.

Gürcüstanda bazarda atışma: Ölənlər var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Rustavi şəhərində bazarda baş verən atışma nəticəsində azı dörd
nəfər həlak olub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazarın ərazisində bir neçə
dəfə atəş açıb. Atışma nəticəsində təqsirləndirilən şəxsin bazarda işləyən
dayısı da daxil olmaqla dörd nəfər həlak olub. Bir nəfər – təqsirləndirilən
şəxsin əmisi oğlu yaralanıb”, – deyə qurumdan bildirilib.

DİN həmçinin atəş açan şəxsin saxlanıldığını bildirib.

Mənbə: TASS

Source link