Gürcüstanda keçiriləcək prezident seçkilərində “Qirçi” partiyasından namizəd olan Georgi Caparidze Tbilisidə çətənə festivalı keçirmək niyyətindədir.
ÇıxışYolu.Com Gürcüstan KİV-ə istinadla xəbər verir i, müxalif hərəkatının üzvləri tədbiri seçkilərə bir həftə qalmış oktyabrın 20-də şəhərin mərkəzi parklarından birində keçirməyi planlaşdırır.
“Qirçi” partiyasının bəyanatında deyilir: festivala azadlığın vacib olduğu bütün vətəndaşlar gəlməlidir. Tədbir zamanı çətənənin satılması da istisna edilməyib.
“Mən vətəndaş itaətsizliyinin növbəti aktını təşkil etmək niyyətindəyəm”, – Caparidze bəyan edib.
Qeyd edək ki, “Qirçi” partiyasını maraqlı təşəbbüsləri və qərarları ilə məşhurdur. Partiya marixuananın və fahişəliyin leqallaşdırılması ilə bağlı bəyanatlar səsləndirib.
ÇıxışYolu.Com yeniləndi!