Gürcüstanda çadra və niqabın qadağan olunması təklif edildi

Baxış sayı: 4. 652 dəfə baxılıb.

Gürcüstanda çadra və niqabın qadağan olunması təklif edildi

Gürcüstan parlamentinin insan haqları komitəsi “Vətənpərvərlər Alyansı” partiyasının deputatı Emzar Kvitsianinin çadra, niqab və burqanın qadağan olunmasını nəzərdə tutan təklifini qəbul etməyib. 

ÇıxışYolu.Com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Kvitsiani meydan, park, bütün ictimai nəqliyyat vasitələrində və digər ictimai yerlərdə çadra və niqabdan istifadəyə görə 500 lari (188 dollar), təkrar istifadəyə görə isə 1500 lari (563 dollar) məbləğində cərimənin tətbiq olunmasını təklif edib. 

Komitə sədri Sofio Kiladze bildirib ki, parlamentə dinlə bağlı çoxlu təkliflər daxil olub və bunların müzakirə üçün işçi qrupu yaradılacaq. 

“Hazırda təklif səsverməyə çıxarılmayacaq”, – deyə o qeyd edib. 

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev hesab edir ki, təklifdə dəyişikliklər edilməlidir. 

“Təklifdə niqab və burqanın qanunla qadağan edilməsi nəzərdə tutulmamalıdır. Yalnız üzün bağlanması qadağan edilməlidir ki, bu da dini baxımdan məcbur deyil. Mən burqanın qadağan edilməsini deyil, üzün bağlanmasının qadağasının tərəfdarıyam”, – müfti bildirib. 

Kvitsiani bildirib ki, bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır.

www.ÇıxışYolu.Com