4cce5ad1-3e1c-4694-b082-9dd1c426bc34..jpg

Gürcüstanda güclü külək mindən çox evin damını uçurub

Baxış sayı: 890 dəfə baxılıb.

Gürcüstanda güclü külək mindən çox evin damını uçurub

Gürcüstanın qərbində yerləşən Sameqrelo-Zemo Svaneti bölgəsində bir neçə
gündür davam edən güclü külək mindən çox evin damını, eləcə də elektrik
xətlərini zədələyib, 50 inzibati bina isə işıqsız qalıb.

Bu barədə şənbə günü vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Güclü külək 1100-ə qədər yaşayış binasının, 38 çoxmənzilli binanın dam
örtüyünə ziyan vurub. Külək nəticəsində 37 məktəbdə müxtəlif növ problemlər
yaranıb, 6 uşaq bağçasına da ziyan dəyib. 50 inzibati obyekt hələ də elektrik
enerjisi ilə təmin olunmayıb”, – mətbuat xidməti vilayət qubernatoru Georgiy
Ququçiaya istinadən məlumat yayıb.

Bildirilir ki, bələdiyyə xidmətləri gecə-gündüz fəlakətin nəticələri ilə
mübarizə aparır, kəndlərə elektrik enerjisinin verilməsini tədricən bərpa edir.
Zərərin qiymətləndirilməsi komissiyası yaradılıb.

Mənbə: TASS

Source link