5922d8b3-afcc-4e98-896d-56fe2a373dcf..jpg

Gürcüstanda güclü yağış səbəbindən itkin düşən üç nəfərdən birinin meyiti tapıldı – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 512 dəfə baxılıb.

Gürcüstanda güclü yağış səbəbindən itkin düşən üç nəfərdən birinin meyiti
tapıldı – YENİLƏNİB + FOTO/VİDEO

Gürcüstanda Cumati kəndində (Quriya rayonu) torpaq sürüşməsindən sonra
aparılan xilasetmə əməliyyatları zamanı itkin düşən şəxslərdən birinin meyiti
tapılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, itkin düşən daha iki nəfərin axtarışları davam etdirilir.

14:28

Gürcüstanın Quriya bölgəsində güclü yağış nəticəsində ikisi azyaşlı olmaqla
azı üç nəfər itkin düşüb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Böyük miqdarda yağan yağıntılar nəticəsində yaşayış binalarını və kənd
təsərrüfatı sahələrini su basıb, ağaclar qırılıb, torpaq kütlələri yuyulub,
Quriya bölgəsinin bir neçə kəndinin ətrafla əlaqəsi kəsilib. Hazırkı mərhələdə
Quriya şəhərində və bölgənin müxtəlif kəndlərində ikisi azyaşlı olmaqla üç
nəfərin axtarışı istiqamətində işlər aparılır”, – deyə verilən məlumatda qeyd
edilib.

Gürcüstanın qərbində güclü yağış cümə axşamı günü gecədən başlayıb. Quriyada
Lançxuta rayonuna ciddi ziyan dəyib. Təbii fəlakət Acarıstanın Kobuleti kurort
şəhərindən də yan keçməyib. Oradakı evlərin birinci mərtəbələri və zirzəmiləri
su altında qalıb. Xilasedicilər artıq suyu çəkib çıxarırlar.

Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən
məlumata görə, sürüşmə təhlükəsi ilə əlaqədar Şuxuti-Atsana-Mamati-Dzimiti və
Samtredia-Lançxuti-Qriqoleti yolları bağlanıb.

Source link