b7d18bd9-2230-49f1-bd10-c069401a765b..jpg

Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib – FOTO

Baxış sayı: 371 dəfə baxılıb.

Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Marneuli şəhərində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin
100 illik yubileyi münasibətilə konsert keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, konsert Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Mərkəzin icraçı direktoru Murad Muradov çıxş edərək Ulu Öndərin həyat və
fəaliyyəti barədə ətraflı məlumat verib. Ümumilli Liderin gürcü xalqına və
Gürcüstanda yaşayan soydaşlarımıza hər zaman diqqət və qayğı göstərdiyini qeyd
edib.

Diasporla İş üzrə Dövlər Komitəsinin şöbə müdiri Vüsal Məmmədov çıxış edərək
dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi və
qətiyyəti nəticəsində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyəti
barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidentiİlham
Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində iki ölkə
arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

V.Məmmədov bildirib ki, noyabrın 12-i Azərbaycanda həm də Konstitusiya
Günüdür. Azərbaycanın əsas Ana qanunun hazırlanmasında Ümummilli Liderin rolunu
xüsusi qeyd edən şöbə müdiri konsertin məhz bu gün keçirilməsinin də təsadüfi
olmadığını bildirib.

O deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət
və qayğı göstərir. Bugünkü konsert də həmin qayğının nümunəsidir.

Sonra Azərbaycandan gəlmiş incəsənət ustaları, Muğam müsabisənin laureatı
Ayşən Mehdiyeva “Qarabağ”, “Neynim”, “Nə mutlu türküm deyənə”, Tbilisidə
yaşayan soydaşımız tarzən Rasim Pirməmmədov “Ay Laçın”, “Qarabağ”, Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin solisti Fəxri Kazım Nicat “Azərbaycan”,
Gürcüstanda yaşayan müğənni Şaban Məmmədov “Sarı gəlin”, aşıq Nargilə “Aşıq
havası” və Gürcüstan Azərbaycanlılarının rəqs ansamblı maraqlı konsert proqramı
ilə çıxış ediblər.

Konsert proqramını Marneuli rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı,
paytaxt Tbilisidən, Bolnisi, Qardabani və Rustavidən gəlmiş insanlar izləyiblər.

Source link